Ölkədə üç dövlət qurumu özəlləşdirilə bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Ölkədə üç dövlət qurumu özəlləşdirilə bilər

Ölkədə üç dövlət qurumu özəlləşdirilə bilər


Rabitə və Yüksək Texnologiya Nazirliyinin nəzdində fəaliyyət göstərən “Aztelekom” MMC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və “AzİnTelecom” MMC kimi təşkilatların özəlləşdirilməsi, habelə nazirliyin digər müəssisələrdəki dövlətə məxsus paylarının təqdim edilməsi nəzərdən keçirilə bilər.

Aznews.info APA-ya istinadən xəbər verir ki, bu barədə Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair “Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, özəlləşdirmə və dövlətə məxsus payların təqdim edilməsi tədbirləri çərçivəsində, habelə müstəqil tənzimləyici qurum yaradılanadək RYTN-nin tənzimləyici qurum kimi daha effektiv fəaliyyət göstərməsi məqsədilə bu sahələrə özəl investisiyaların cəlb edilməsi imkanları dərin və ətraflı şəkildə təhlil ediləcək.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *