Dəniz sahilində gəzinti tənha ananın zorlanması ilə nəticələnib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Dəniz sahilində gəzinti tənha ananın zorlanması ilə nəticələnib

Dəniz sahilində gəzinti tənha ananın zorlanması ilə nəticələnib

Zorlama hadisəsi ilə bağlı növbəti ərizə Xəzər rayon Polis İdarəsinə ötən bazar günü daxil olub.

Oxu.Az xəbər verir ki, Xəzər rayon Polis İdarəsindən Sputnik-ə verilən məlumata görə, dekabrın 25-də, 1992-ci il təvəllüdlü Z.A. polis idarəsinə müraciət edib.

O bildirib ki, dekabrın 23-ü saat 21:00-da Mərdəkan qəsəbəsində, dəniz sahilində ona 1993-cü il təvəllüdlü T.C. təcavüz edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, zərərçəkən boşanıb və azyaşlı uşaq böyüdür. 24 yaşlı qadın etiraf edib ki, gənc oğlanla uzunmüddətli münasibətlər qurmaq ümidi ilə tanış olub.

Oğlan onu öz avtomobilinə oturdub və dəniz sahilində gəzməyi təklif edib. O, söz verib ki, sadəcə ulduzların altında söhbət edəcəklər. Qadın da razılaşıb. Lakin dəniz sahilində oğlan onunla yaxınlıq etmək istəyib. Zərərçəkən müqavimət göstərməyə çalışsa da, bu heç bir nəticə verməyib.

İş üzrə materiallar rayon prokurorluğuna göndərilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *