Azərbaycanda ən çox siqaret bu rayonlarda çəkilir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda ən çox siqaret bu rayonlarda çəkilir – SİYAHI

Azərbaycanda ən çox siqaret bu rayonlarda çəkilir


Respublika üzrə tütün məmulatlarına olan tələbat, ötən illə müqayisədə 2.57 % artıb.

Bir neçə gün öncə spirtli içkilərin ən çox istehlak olunduğu bölgələrlə bağlı yazı dərc etmişdik. Əldə etdiyimiz məlumatlar gözlənilənin tam əksini üzə çıxarmışdı. Belə ki, statistikaya əsasən, spirtli içkilər, daha çox Azərbaycanın cənub regionlarında, xüsusilə Lənkəran rayonunda istehlak olunur. Bu siyahıda ikinci yeri şimal rayonları – Quba-Xaçmaz tutur.

Bəs tütün məhsullarında vəziyyət nə yerdədir? Ən çox və ən az siqaret çəkilən bölgələrimiz hansılardır? Daha çox hansı yaş kateqoriyalarında tütün qəbul edilir? Kişilər, yoxsa qadınlar daha çox siqaret çəkirlər? Bu barədə suallarımızı Dövlət Statistika Komitəsinə ünvanladıq.

Oxu.Az xəbər verir ki, komitədən Sputnik-ə verilən məlumat görə, ölkədə siqareti, ən çox istehlak edən təbəqə – 50-59 yaş arası olan kişilərdir.

O da bildirilib ki, Respublika üzrə tütün məmulatlarına olan tələbat ötən illə müqayisədə 2.57 % artıb.

Maraqlısı odur ki, statistikaya əsasən, siqareti daha çox övladı olmayan kişi və qadınlar çəkirlər. Adam başına düşən hesablamaya görə, kənd yerlərində şəhərlərə nisbətən siqaret çəkənlər üstünlük təşkil edirlər. Komitənin məlumatına görə, tütün məhsullarının istehlakında Dağlıq Şirvan bölgəsində yerləşən rayonlar ilk sırada durur. Bura Ağsu, İsmayıllı, Qobustan və Şamaxı daxildir. 2-ci yeri Şəki-Zaqatala, 3-cü yeri isə Quba-Xaçmaz zonası tutur. Maraqlıdır ki, ən az siqaret Naxçıvan Muxtar Respublikası ərazisində istehlak olunur. Tütün istehsalı və bu məhsulları ölkəyə gətirən bir neçə məşhur şirkətdən də ətraflı məlumat almağa çalışsaq da, sualımıza cavab verən olmayıb.

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da özündə olan məlumatları ilə bölüşüb.

Birlik sədrinin sözlərinə görə, Azərbaycanda ən çox siqaret çəkilən bölgə tənbəkinin ən çox əkildiyi bölgədir. Onlarda olan məlumata görə, tütünün istehlakında ilk sırada Şəki-Zaqatala zonası durur.

E. Hüseynov, həmçinin əlavə edib ki, rəhbəri olduğu qurum hal-hazırda filtrsiz siqaretlərin qeyri-qanuni istehsalı ilə məşğul olanlara qarşı ciddi mübarizə aparır: “Həmin siqaretlər “Qoç Standart”dan sertifikat almadan qeyri-qanuni istehsal olunur. Xüsusilə Bakıda bu proses sürətlə yayılır". "Valideynlər bizə məlumat verirlər ki, kimlərsə onların övladlarına, bir qutusu 50 qəpiyə siqaret satırlar. Bu, ölkədə sürətlə yayılan böyük məişət narkomaniyasıdır. Özüm şəxsən Baş nazirimizə də məktub yazmışam. Ümid edirəm ki, vəziyyət ciddi araşdırılacaq”, – Hüseynov əlavə edib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *