Magistral yollarda radarların sayı artırılır
Məqsəd yüksək sürət səbəbindən baş verən yol nəqliyat hadisələrinin qarşısını almaqdır.
Bəzi magistral yollarda radarların sayı artırılır
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, müşahidə kameralarının və radarların quraşdırılmasında məqsəd yüksək sürət səbəbindən baş verən yol nəqliyat hadisələrinin qarşısını almaqdır.
AzNews.info Xezer TV-yə istinadən xeber verir ki, Bakı-Quba və ələt-Astara magistrallarında işlər yekunlaşmaq üzrədir. Bakı-Qazax magistralında isə radarların quraşdırılması davam edir.
Respublika əhəmiyyətli magistralların ardınca yerli əhəmiyyətli yollarda da radarların quraşdırlmasına başlanılacaq.
Kamran Əliyevin sözlərinə görə, radarların quraşdırıldığı yollar təhlükəsizlik tələbərinə cavab verirsə, nəqliyyat vasitələrinin ləngiməməsi üçün həmin ərazilərdə sürət həddi də artırıla bilər.
Mənbə:> XəzərXəbər