Dəniz Administrasiyası Xəzərdə baş verən qəzaya dair məlumat yaydı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Dəniz Administrasiyası Xəzərdə baş verən qəzaya dair məlumat yaydı

Dəniz Administrasiyası Xəzərdə baş verən qəzaya dair məlumat yaydı


Dövlət Dəniz Administrasiyası Xəzər dənizində baş vermiş qəza ilə bağlı məlumat yayıb.

Aznews.info xəbər verir ki, Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin rəhbəri Tural Müseyibov APA-ya bildirib ki, bu gün səhər saatlarında Qaradağ rayonu Liman Nəzarət Müfəttişliyi tərəfindən Milli Mərkəzə daxil olan məlumata əsasən, Səngəçal Estakadasının “NST-3” buruğunun qülləsi kəskin hava şəraiti nəticəsində aşıb.

“Baş vermiş hadisə ətraflı dəyərləndirilərək Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən dərhal bütün müvafiq təşkilatlar məlumatlandırılaraq, mümkün axtarış və xilasetmə əməliyyatları nəzərə alınmaqla yaxınlıqda olan gəmilər - “Gültəkin Əsgərova”, “Vadim Seyidov”, “Vixr-5” öncə hadisə yerinə yönəldilib.

İkinci mərhələdə isə “Caspian Provider”, “Caspian Pride” və “Lənkəran” gəmiləri qəzanın fəsadlarının aradan qaldırılması məqsədilə hadisə yerinə cəlb edilib.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması və suya düşməsi ehtimal olunan şəxslərin axtarışı prosesi Milli Mərkəz tərəfindən koordinasiya edilərək daim nəzarətdə saxlanılmaqdadır”, - deyə T.Müseyibov qeyd edib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *