Namazın bilinməyən möcüzələri » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Namazın bilinməyən möcüzələri – MARAQLI

Namazın bilinməyən möcüzələri

Namaz qılmağın Allaha ibadətin ən yaxşı yolu olduğunu hamımız bilirik. Bunu həm Qurani-Kərim, həm də yer üzünə göndərilmiş Allahın elçiləri, peyğəmbərlər buyurub. Ancaq zaman keçdikcə ailmlərin araşdırmalarından sonra bəlli olur ki, namaz qılmağın ibadətlə yanaşı, insan orqanizminə də xeyli faydaları var. İndiyədək mütəxəssislər sübut ediblər ki, gündə beş dəfə namaz qılan şəxs oynaq, bel, diz ağrılarından az əziyyət çəkər. Çünki insan namaz qılarkən həm də idman etmiş olur və bu da oynaqlardakı duzlaşmanın qarşısını alır. Hətta bəzi həkimlər belə oynaq xəsətələrinə namaz qılmağı məsləhət görürlər. Mütəxəssislər, həmçinin namaz qılarakən səcdə etməyin insanı xərçəngdən qoruduğunu ortaya çıxarıb. Bu, Misirin paytaxtı Qahirədə Milli Şüa Texnologiyası Mərkəzində aparılan bir elmi araşdırma nəticəsində aşkar edilib.
Namazın bilinməyən möcüzələri

Namazla bağlı araşdırmalar aparan mütəxəssislər səcdənin hamilə qadınlar üçün də çox faydalı olduğunu, rüşeymin anormallığa məruz qalmasının qarşısını aldığını müəyyən ediblər. Həmçinin öyrəniblər ki, namaz qılmaq bir çox fiziki və psixoloji xəstəliklərə də yaxşı təsir edir. Belə ki, insanların elektromaqnit dalğalara məruz qaldığı bir dövrdə insanlar daha çox şüalanır. Və bu şüa yükü mütləq şəkildə orqanizmdən kənarlaşdırılmalıdır. Bədəndə toplanan elektromaqnit yükü isə namaz vaxtı səcdə ilə daha asan boşaltmaq mümkündür. Bununla bağlı misirli alimlərin araşdırmaları mövcuddur və həmin alimlər iddia edirlər ki, insanın boyu kiçildikcə dalğalara məruz qalma nisbəti azalır. İnsan səcdə zamanı elektromaqnit dalğalara daha az məruz qalır, alnını yerə apardıqca isə bədənində toplanmış elektromaqnit yük asanlıqla bayıra atılır. Səcdə vəziyyətində olan insanın 7 üzvünün: alın, əllər, dizlər və ayaqlarının yerlə təmas etməsi şüa yükünün boşaldılmasını sürətləndirir. Bu da həm yorğunluğun aradan qaldırılmasında, həm də bəzi xəstəliklərin sağalmasında olduqca faydalıdır.
Namazın bilinməyən möcüzələri

Misirli alimlər insan orqanizminin elektrik yükündən təmizlənməsinin qiblə ilə əlaqədar olmasını da bildirirlər. İddia edirlər ki, “Kəbə” yer üzünün mərkəzi olduğundan bədəndəki elektrik yükünü bayıra atmaq üçün ən uyğun istiqamətdir. Buna görə də namaz qılarkən mütləq üzü qibləyə dönmək lazımdır. Gün ərzində namazın 5 vaxtda qılınması isə bu yükü atmaq üçün kifayət edir. Yuxu vaxtı bədəndə toplanan yad ünsürlər isə sübh namazı ilə kənarlaşdırılır. Sübh namazını qılan insanlar günə olduqca rahat və gümrah əhvalda başlayırlar. Zöhr və əsr namazları isə gün ərzində meydana gələn yorğunluğu və stresi azaldır, insanı psixoloji rahatlığa qovuşdurur. Şam namazı da öz növbəsində gün boyu bədəndə toplanmış mənfi yükün tamamını bayıra atır və insanın rahat yatmasını təmin edir.
Namazın bilinməyən möcüzələri

Sonda İslam alimlərinə istinad edərək vurğulamaq istəyirik ki, namaz yuxarıda sadaladığımız müsbət keyfiyyətlərə görə, təmizlik, sağlamlıdır deyə qılınmamalıdır. Çünki bu zaman qıldığınız namaz Allah dərgahında məqbul əməl sayılmayacaq. Namaz sadəcə Allahın əmri olduğu üçün qılınmalıdır
Namazın bilinməyən möcüzələri
.

Mənbə: Moderator.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *