“MTN işi”ndə adı keçən qadın həbsxanada öldü
Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.
Aznews.info xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan 49 yaşlı Ceyran Rüstəmova vəfat edib.
Qeyd edək ki, C.Rüstəmova sahibkarlıq fəaliyyəti ilə məşğul olub. O, 2014-cü ildə dələduzluqda təqsirləndirilərək həbs edilib.
Məlumata görə, C.Rüstəmova həbs edilən zaman onkoloji xəstə olub.
Onu da qeyd edək ki, C.Rüstəmova 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyi ləğv edildikdən sonra mətbuata müraciət edərək MTN əməkdaşları tərəfindən şantaj edildiyini bildirib. MTN əməkdaşları tərəfindən təhdid olunan C.Rüstəmova onlara 100 min manat pul ödədiyini açıqlayıb.
Mənbə:> APA