Azərbaycanda vergi ödəyicilərinə sosial şəbəkələr vasitəsilə xidmət göstəriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda vergi ödəyicilərinə sosial şəbəkələr vasitəsilə xidmət göstəriləcək

Azərbaycanda vergi ödəyicilərinə sosial şəbəkələr vasitəsilə xidmət göstəriləcək

Vergilər Nazirliyi (VN) intizamlı vergi ödəyicilərinə "Yaşıl dəhliz" prinsipi əsasında ənənəvi xidmətlərlə yanaşı, informasiya kommunikasiya texnologiyalarının (İKT) son nailiyyətlərindən istifadə etməklə innovativ üsullu xidmətlər də göstərəcək. "AzərTAc" xəbər verir ki, bu barədə nazirliyin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Ələkbər Məmmədov məlumat verib.

Onun sözlərinə görə, belə innovativ üsullu xidmətlərdən biri partnyor ödəyici ilə videobağlantı xidməti olacaq. Videobağlantı nazirliyin internet saytı, "Facebook", "Skype", "Whatsapp" və İKT-nin digər imkanlarından istifadə etməklə aparıla bilər.

Bundan başqa, VN yanında Çağrı Mərkəzində intizamlı ödəyicilərə üçün sürətli xidmətlərin göstərilməsi məqsədilə xüsusi ayrılmış xətdən istifadə imkanı yaradılacaq.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *