Bu il uşaqlara ən çox verilən adlar açıqlanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Bu il uşaqlara ən çox verilən adlar açıqlanıb – SİYAHI

Bu il uşaqlara ən çox verilən adlar açıqlanıb


Bu ilin 11 ayı ərzində Azərbaycanda doğulan uşaqlara daha çox Yusif (3184) adı verilib.

AzNews.info-nun məlumatına görə, “Report” Ədliyyə nazirliyinə istinadən xəbər veri ki, bu il ərzində doğulan körpələrə verilən adlar arasında Zəhra (2809), Nuray (2029), Hüseyn (2200), Fatimə (1790), Əli (2063), Aylin (1564), Zeynəb (1745), Ömər (1640), Məryəm (1469), Ayan (1276), Məhəmməd (1339) adları üstünlük təşkil edib.

Bundan başqa, uşaqlara çox verilən adlar arasında Murad (1232), Mələk (1301), Tunar (1225), Uğur (1141), Dəniz (1055), Xədicə (964), Ayxan (1128), Mədinə (1203), Gülay (916), Leyla (909), İbrahim (859), Fidan (775), Damla (598) kimi adlar da yer alıb.

Qeyd edək ki, son beş ildə Azərbaycanda doğulan körpələrə daha çox Yusif (19 min 940), Zəhra (18 min 935), Nuray (14 min 267), Hüseyn (13 min 726), Fatimə (13 min 450), Əli (13 min 425), Aylin (9333), Zeynəb (9251), Ömər (8940), Ayan (8929), Məhəmməd (8574) kimi adlar verilib.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *