Bu il uşaqlara daha çox hansı adların verildiyi açıqlanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Bu il uşaqlara daha çox hansı adların verildiyi açıqlanıb – SİYAHI

Bu il uşaqlara daha çox hansı adların verildiyi açıqlanıb


Bu ilin 9 ayı ərzində Azərbaycanda doğulan oğlan və qız uşaqlarına daha çox verilən adlar məlum olub.

Aznews.info xəbər verir ki, Ədliyyə Nazirliyindən Report-a bildirilib ki, bu ilin 9 ayı ərzində oğlanlara Yusif (2500), Hüseyn (1653), Əli (1612), Ömər (1286), Məhəmməd (1033), Tunar (987), Murad (971), Ayxan (914), Uğur (898), İbrahim (674) adları daha çox verilib.

Qızlara verilən adlar arasında isə ilk onluqda Zəhra (2160), Nuray (1631), Fatimə (1399), Zeynəb (1320), Aylin (1246), Məryəm (1141), Ayan (1024), Mələk (997), Mədinə (796), Dəniz (770) adları yer alıb.

Bundan başqa, Səma, Gülay, Xədicə, Leyla, Fidan, İnci, Banu, Nəzrin, Yağmur, Aysu, Kənan, Ümid, Nihad, Həsən, Rəsul, Mehdi, Fərid, Emil, İsmayıl, Ramal kimi adlarda uşaqlara qoyulan adlar arasında üstünlük təşkil edib.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *