Azərbaycanda 9 uşağa -"Adsız" adı qoyuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Azərbaycanda 9 uşağa -"Adsız" adı qoyuldu

Azərbaycanda 9 uşağa -"Adsız" adı qoyuldu


2016-ci ilin yanvar ayı ərzində uşaqlara ən çox qoyulan adlar məlum olub.

AzNews.info modern.az-a istinadən xəbər verir ki, ilin başlanğıcından bu günə qədər 24 oğlan uşağına Yusif adı, 27 qıza isə Nuray adı verilib.

Sonrakı pillələrdə oğlan uşaqlarına verilən adlardan Hüseyn (21), Əli (20), Ömər (15), Məhəmməd (13), Ayxan (12), Murad (12), Emil (9), Tunar (9) adları, qız uşaqlarına verilən adlardan isə Zəhra (22), Zeynəb (20), Fatimə (17), Məryəm (17), Dəniz (16), Aylin (14), Ayan (12), Mələk (12), Səma (12) gəlir.

Həmçinin yanvar ayı ərzində doğulan 7 oğlan, 2 qız uşağına Adsız adı verilib.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycanda 3503 qız uşağına Zəhra, 3547 oğlan uşağına isə Yusif adı verilib.

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *