Rəfiyevlə Həsənov uqandalı əkiz fahişələrdən birini öldürdü, digərini yaraladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Rəfiyevlə Həsənov uqandalı əkiz fahişələrdən birini öldürdü, digərini yaraladı -Əlaqədə olanda anama söydü

Rəfiyevlə Həsənov uqandalı əkiz fahişələrdən birini öldürdü, digərini yaraladı

İstanbulun 2-ci Ağır Cinayətlər Məhkəməsi qətldə, zorlamada, qəsbdə, sağlamlığa xəsarət yetirməkdə ittiham olunan iki Azərbaycan vətəndaşının işi üzrə proses başlayıb.

Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, Türkiyəyə fəhləlik etmək üçün gedən iki Azərbaycan vətəndaşı-Kənan Rəfiyev və Sunay Həsənov İstanbulda fahişəliklə məşğul olan Uqanda vətəndaşları, əkiz bacılardan Violet Nanbatanı öldürdükləri, digəri Beatrice Babıryeni yaraladıqları üçün məhkəmə qarşısındadır.

Hadisə bu il avqustun 31-də İstanbulun Fatih səmtində baş verib. Azərbaycan vətəndaşları Rəfiyev və Həsənov pulla cinsi əlaqəyə girdikləri uqandalı qadınlardan birini öldürüb, digərinə xəsarət yetirib. Məhkəmə prosesində zərərçəkənlərin adından dörd vəkil çıxış edir. Xəsarət alan Beatrice hadisədən sonra Türkiyədən deportasiya olunduğundan məhkəmə prosesinə qatıla bilməyib.

Rəfiyevlə Həsənov uqandalı əkiz fahişələrdən birini öldürdü, digərini yaraladı


Proses şübhəlilərdən Kənan Rəfiyevin ifadəsi ilə başlayıb. O, bildirib ki, hadisə Beatrice ilə onun arasındakı mübahisəyə görə yaranıb. Rəfiyev deyib ki, Azərbaycan vətəndaşıdır, Beatrice ilə bir vasitəçinin köməyi ilə tanış olmuşdu və onunla daha əvvəl də görüşərək pulla cinsi əlaqəyə girmişdi.

Rəfiyevin dediyinə görə, həmin gün dostu Sunay ilə işdən çıxmışdılar və çalışmaq üçün Ərzuruma getməyə hazırlaşırdılar.

Rəfiyevin ifadəsindən: “Getməmişdən qabaq bir az əylənmək istədik. Bu səbəblə daha əvvəldən tanıdığım Beatriclə əlaqə saxladım və görüş təyin etdim. Sunayla qızların qaldığı evə getdik. Beatriclə mən evdəki otağa girdik, Sunay ilə Violet isə salonda pərdə ilə ayrılmış tərəfdə qaldılar. Beatrice ilə cinsi əlaqə zamanı o, anamı söydü. Nəticədə özümdən çıxıb onu döydüm və yarıhuşsuz vəziyyətdə qoyub otaqdan çıxdım. Otaqdan çıxanda Violet Beatrici soruşdu, hamamda olduğunu dedim. Ancaq bu vaxt Beatrice bağırdı və səsi salona gəldi. Violet də bağırmağa başlayanda Sunaya dedim ki, onun ağzını qapatsın və səs çıxarmasına imkan verməsin. Bu vaxt Beatricin telefonu zəng çaldı. Kiməsə xəbər verməsin deyə telefonunu götürdüm. Əvvəlcədən cinsi əlaqə üçün anlaşdığımız 340 TL-ni onsuz da ödəməmişdim, iddia edildiyi kimi pulu oğurlamadım, çünki heç verməmişdim. Evdən tələsik çıxdıq, tələsdiyim üçün alt paltarım da evdə qaldı”.

Rəfiyevlə Həsənov uqandalı əkiz fahişələrdən birini öldürdü, digərini yaraladı


Sunay Həsənov da dostunun ifadəsini təsdiqləyərək deyib ki, Kənan Beatrice ilə otaqda olarkən dava-dalaş səsi gəldi. Qısa müddət sonra Kənan otaqdan çıxıb getmək lazım olduğunu dedi. Bu vaxt mənim əlaqədə olduğum Violet pərdənin arxasından çıxıb bacısını soruşdu. Beatricin olduğu otağa getmək istədi. Kənan Violeti vurdu. Bu vaxt otaqdan Beatrisin qışqırtısı gəldi, Kənan “mən otağa gedirəm, sən bunun ağzını bağla, susdur” dedi. Mən Violeti susdurmaq üçün əlimlə ağzını qapadım, ancaq əlimi dişlədi. Mənə qışqırıb söydü. Yerdəki kabeli götürüb mənə hücum etdi. Mən də əlindən kabeli alıb susdurmaq üçün onun boğazına doladım. Sıxand səsi kəsildi. Huşunu itirdiyini zənn edib buraxdım. Sonra Kənan qayıtdı və biz tələsik çölə çıxdıq. Qız çox bağırdığı üçün qorxurdum, çünki viza müddətim bitmişdi və polislərə yaxalanmaq istəmirdim”.

Beatricin vəkillləri isə şübhəlilərin cinayəti bir nəfərin üstünə qoymağa çalışdıqlarını bildiriblər. Vəkillərin bildirdiyinə görə, hadisədən sonra Beatrici saxlayıblar və fahişəliklə məşğul olduğunu əsas gətirib Türkiyədən deportasiya ediblər. Vəkillər vəsadət qaldırıblar ki, Beatricin məhkəmədə iştirakı və ifadə verməsi təmin olunsun. Vəkillər habelə deyiblər ki, şübhəlilərin ilkin istintaqa verdikləri ifadələrlə məhkəmədə dedikləri arasında ziddiyətlər var. Məhkəmə əlavə dəlillərin toplanması üçün prosesin fevral ayına təxirə salınmasına qərar verib.

Rəfiyevlə Həsənov uqandalı əkiz fahişələrdən birini öldürdü, digərini yaraladı


İstanbul Cümhuriyyət prokurorluğu tərəfindən hazırlanan ittiham aktına əsasən şübhəlilərdən Kənan Rəfiyev cinayəti gizlətmək məqsədi ilə adam öldürməkdə, gecə vaxtı mənzili qəsb etməkdə, cinsi zorakılıq, xəsarət yetirmə maddələri ilə ittiham olunur. Bu maddələr ilə onu ömürlük həbs gözləyir. Sunay Həsənov isə cinayəti ört-basdır etmək üçün adam öldürməkdə, qanunsuz olaraq soyuq silah daşımaqda ittiham olunur, bu ittihamlar üzrə ona ömürlük həbs cəzası düşür.

Həsənovla Rəfiyevin törətdiyi bu cinayət qadın hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatları da hərəkətə gətirib. Virtualaz.org xəbər verir ki, Sərhədsiz Qadınlar və Mühacir Qadınlarla Həmrəylik Qrupu adlı təşkilatlar Violet Nantaba və Beatric Babiryenin öldürülməsinə və yaralanmasına görə məsuliyyət daşıyanlara ağır cəza verilməsini tələb edib. Təşkilatlar qadınları bu iş üzrə məhkəmə prosesinə qatılmağa çağırır.

Bəyanatda deyilir ki, Uqandadakı yoxsulluq və səfalət ucbatından iki əkiz bacı həyatlarını yenidən qurmaq ümidi ilə Türkiyəyə sığınmışdı. Onlar Türkiyədə mühacir qadınlar üçün icazə verilən, məhdud sayda seks xidməti göstərmək işlərində çalışaraq keçinməyə çalışırdı. Lakin avqustun 31-də İstanbulun Aksaray rayonundakı evində Violet Azərbaycan vətəndaşları Kənan Rəfiyev və Sunay Həsənov tərəfindən vəhşicəsinə döyülərək və zorlanaraq öldürülüb. Onun əkiz bacısı isə döyülməkdən ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Lakin xəstəxanada ağır yaralı halda yatarkən və bacısının öldürülməsinin şokundan hələ ayılmazkən polislər onu zorla Türkiyədən deportasiya ediblər. “Biz bütün qadınları Violet və Beatricin işi üzrə məhkəmədən ədalət axtarışımıza dəstək verməyə, qatillərin layiqli cəzalarını alması üçün həmrəyliyə çağırırıq”-bəyanatda deyilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *