Azərbaycanda uşaq oğrusuna hökm oxundu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Azərbaycanda uşaq oğrusuna hökm oxundu

Azərbaycanda uşaq oğrusuna hökm oxundu


Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirli bilinən Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aznews.info Trend-ə istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Məmmədov 11 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu il mayın 10-da Sabunçu rayonundakı Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci polis bölməsinə müraciət edərək bildirib ki, 8 yaşlı oğlu mayın 9-da evdən çıxıb və geri qayıtmayıb. Aparılmış araşdırmalardan sonra bəlli olub ki, özünü İŞİD üzvü kimi təqdim etmiş şəxs E.Ramazanlının mobil telefonuna dəfələrlə zəng edərək oğlunu girov götürdüyünü deyib. O, uşağın azad edilməsi müqabilində 30 min manat pul tələb edib. Şəxsiyyəti sonradan müəyyənləşdirilmiş E.Məmmədov polisə bu barədə məlumat veriləcəyi təqdirdə, uşağın orqanlarını çıxarıb satacağını deyib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron rayon sakini E.Məmmədov həbs olunub. Şəhərcikdə tikintisi başa çatmamış ikimərtəbəli binada əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan uşaq tapılaraq valideynlərinə təhvil verilib. E.Məmmədov Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham edilib.

Mənbə: Trend.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *