İcbari sığortadan yenilik: Dəymiş ziyanı kim ödəyəcək? – VİDEO
Sürücülərin əksəriyyəti qəza baş verən zaman sığorta şirkətlərinin süründürməçiliyindən şikayətlənirlər. Artıq bu halların qarşısını almaq üçün yeni mexanizm hazırlanıb.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, “İcbari sığortalar haqqında” qanuna edilən dəyişikliklə belə problemlərin qarşısını almaq mümkün olacaq.
Qəza zamanı zərərçəkən ödənişi qarşı tərəfdən yox, öz icbari sığortasından tələb edə biləcək. Qanun qüvvəyə minsə də, qarşılıqlı qaydalar tam müəyyən edilmədiyindən bir çox siğorta şirkəti bu xidməti göstərməkdən boyun qaçırır.
Hazırda yeniliyin sığorta şirkətləri arasında tətbiqi üçün qaydalar hazırlanır.
Bu qayda 2 avtomobil qəzası zamanı tətbiq edilə bilər. Toqquşan avtomobillərin sayı 2-dən çox olduqda bu qayda tətbiq olunmayacaq.
Mənbə:> Oxu.az