Abşeronda keçmiş məhkum özünü yandıraraq intihar edib
Abşeron rayonunda keçmiş məhkum özünü yandıraraq öldürüb.
Aznews.info Report-a istinadən xəbər verir ki, hadisə rayonun Güzdək qəsəbəsində qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Əliyev Ələkbər Həsənağa oğlu yaşadığı evində özünü yandırıb. Onun yanmış meyiti qonşuları tərəfindən aşkar edilib.
Ə.Əliyev evdə tək yaşayıb.
O, əvvəllər 4 dəfə həbsdə yatıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə:> Report.az