Külək Azərbaycanın bir sıra bölgələrində fəsadlar yaradıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Külək Azərbaycanın bir sıra bölgələrində fəsadlar yaradıb

Külək Azərbaycanın bir sıra bölgələrində fəsadlar yaradıb


Ötən axşam güclü külək Astara və Daşkəsəndə fəsadlar yaradıb, rayonlar işıqsız qalıb.

AzNews.info Report-a istinadən xəbər verir ki, külək əsasən elektrik təsərrüfatına ziyan vurub.

Demək olar ki, 95 faiz abonent gecəni qaranlıqda keçirib. Qəzalar, demək olar ki, rayonun bütün istiqamətlərində qeydə alınıb.

Hazırda rayonda bərpa işlərinə başlanılıb.

Astara Rayon İcra Hakimiyyəti elektrik təsərrüfatlarına dəyən ziyanla bağlı məlumatı təsdiqləyib və bildirilib ki, hazırda Siyəkü, Hamuşam-Əsxənəkəran xətlərində təmir-bərpa işləri aparılır.

İcra Hakimiyyəti aparatının məsul işçisi Xəlil Lətifov rayondakı son durum barəsində məlumat verərək bildirib ki, səhər saat 6:00-dan başlayaraq rayon ərazisində dünən gecə saatlarında güclü küləyin elektrik təsərrüfatlarına vurduğu ziyanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb:

“Artıq Səncərədi-Artupa istiqamətində yaranmış qəza aradan qaldırılıb. Kijəbə qəsəbəsinə də elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda briqadalar Pensər və Təngərüd kəndləri ərazisində baş verən qəzaları aradan qaldırmaqla məşğuldur”.

Sakinlər hündür gövdəli ağacların aşdığını, kəndlərdə dam örtüklərinə ziyan dəyməsi barədə bildirsələr də, hələlik rayonun Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına icra nümayəndəlikləri tərəfindən heç bir məlumat daxil olmayıb.

Daşkəsəndə əsən güclü külək nəticəsində rayon mərkəzində bir neçə binanın dam örtükləri dağılıb, elektirik dirəkləri aşıb. Rayonun bir hissəsində və 2 qəsəbəsində elektirik enerjisinin verilməsi dayandırılıb. Qarla müşahidə olunan güclü külək avtomobillərin də hərəkətində çətinliklər yaradıb.

Hazırda yaranmış problemlərin aradan qaldırılması üçün tədbirlər görülür.

Qeyd edək ki, rayon ərazisində küləkli və qarlı hava davam edir.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *