Bakı sakinləri “Akkord” şirkətinə etiraz edir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Bakı sakinləri “Akkord” şirkətinə etiraz edir – VİDEO

Bakı sakinləri “Akkord” şirkətinə etiraz edir

Bu gün Bakı-Sumqayıt şosesi, Ər-Riyad Ticarət Mərkəzi ilə üzbəüz yerləşən Abşeron Gənclər Şəhərciyində yaşayan bir qrup sakin Akkord Şirkətlər Qrupunun mərkəzi ofisinin qarşısında etiraz aksiyası keçiriblər.

Oxu.Az Sputnik-ə istinadən xəbər verir ki, sakinlərin dediklərinə görə, yaşadıqları binada qaz sayğacı quraşdırılsa da, onlara kart verilmir ki, əhali qazdan istifadə etsin.

Sakinlər aldadıldıqlarını iddia edir və bunun səbəbini öyrənmək üçün ofisə gələrək şirkətin rəsmisi ilə məsələni aydınlaşdırmağa çalışıblar. Lakin “Akkord”un rəsmisi insanları təhqir edərək ərazidən uzaqlaşdırmağa çalışıb.

Şikayət edənlərdən biri “sağımız, solumuz qazı yandırır, amma bizə vermədilər. Cəmi 12 adama qaz kartı verilib. 14 blokda isə rəsmi açılış olub və qaz istifadəyə verilib. 7 blokda isə sayğacların hamısı plomblanıb, hazırdı, ancaq 12 nəfərə kart verilib, yerdə qalanlarına vermirlər. Səbəbini də demirlər. Elə deyirlər gözləyin” deyə bildirib.

Baş verənlərlə bağlı “A24.az”ın redaksiyasına videogörüntü daxil olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *