Bakıda sürücüləri çaşdıran taxta yol nişanı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakıda sürücüləri çaşdıran taxta yol nişanı – VİDEO

Bakıda sürücüləri çaşdıran taxta yol nişanı


Paytaxtın Nəsimi rayonu Salatın Əsgərova və Mərdanov qardaşları küçəsinin kəsişməsindəki yolda olan ağacın üzərinə nişana bənzər lövhə vurulub.

Oxu.Az xəbər verir ki, bu lövhəni elə yaxınlıqda yaşayan sakinlərin özləri vurublar. Səbəb kimi ərazidə tez-tez baş verən yol-nəqliyyat hadisəsini göstərirlər.

Yolda avtomobillərin bir-birilərinə yol verməkdə çətinlik çəkdiklərinin şahidi olmaq mümkündür. Sürücülərin sözlərinə görə, əraziyə nişana bənzər lövhənin vurulması onları çaşdırır. Çünki uzaqdan sürücülər bu lövhəni görüb əyləcə basmaq məcburiyyətində qalırlar. Ancaq yaxınlaşdıqda sürəti artırırlar ki, bu da piyada zolağından keçən insanların həyatını təhlükəyə atır.

Məsələyə münasibət bildirən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib ki, problem tez bir zamanda həll olunacaq. Həmin lövhənin yerinə yeni nişan qoyulacaq. Lövhəni ağaca özbaşına vuran şəxs də cərimə olunacaq.

Xatırladaq ki, belə şəxsləri 30-50 manat arasında cərimə gözləyir.

Oxu.az Xezerxeber-in mövzu ilə bağlı videomaterialını təqdim edir:


Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *