Bakıda pulsuz “Wi-Fi” şəbəkəsinin istifadəyə verilmə tarixi açıqlanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda pulsuz “Wi-Fi” şəbəkəsinin istifadəyə verilmə tarixi açıqlanıb

Bakıda pulsuz “Wi-Fi” şəbəkəsinin istifadəyə verilmə tarixi açıqlanıb

Bakı şəhərində pulsuz “Wi-Fi” şəbəkəsinin geniş istifadəyə verilmə tarixi bəlli olub.

AzNews.info Report-a istinadən xəbər verir ki, 2017-ci ilin mart ayından etibarən Bakıda müəyyən edilmiş ərazilərdə pulsuz simsiz internet şəbəkəsindən istifadə etmək mümkün olacaq.

“Public free wi-fi” layihəsini reallaşdıracaq şirkətin meneceri Səfər Səfərov bildirib ki, pulsuz internet şəbəkəsi əsasən üç istiqamətdə yayılacaq: “İlkin olaraq Bayraq meydanı daxil olmaqla Dənizkənarı Milli Park, Fəvvarələr meydanı və “İçərişəhər” dövlət qoruğunda ictimai pulsuz “Wi-Fi” şəbəkəsi tətbiq olunacaq”.

Qeyd edək ki, hazırda qeyd edilən ərazilərdə kabelləşmə işləri aparılır. Yaxın vaxtlarda sınaq işlərinin keçirilməsi nəzərdə tutulur.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *