Bakıda rəisin oğlu “Gelandewagen”lə qəza törədib? – YENİLƏNİB
“Bir neçə gün öncə Bakıda ABŞ səfirliyinin avtomobilinin qəzaya uğraması və hadisənin Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi, polis polkovnik-leytenantı Cəmşid Hənifəyevin oğlu tərəfindən törədilməsi barədə xəbər yalandir”.
AzNews.info “Report”-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O bildirib ki, Nəsimi rayonu Azadlıq prospektində üç ay əvvəl bir hadisə baş verib:
“Amma o hadisənin indi yayılan məlumatla heç bir əlaqəsi yoxdur. İdarə tərəfindən araşdırma aparıldı və yazılanlar təsdiqini tapmadı. Amma çox maraqlıdır ki, bir neçə gün əvvəl mənə jurnalistlər zəng edib bu barədə sual vermişdilər. Mən də bildirdim ki, belə bir hadisə baş verməyib. Lakin üstündən bir həftə keçəndən sonra bunu yayıblar. Görəsən, burada məqsəd nədir? Qəribədir ki, belə bir hadisə baş vermədiyi halda, bəzi jurnalistlər heç bir dəqiqləşdirmə aparmadan xəbər yayıblar”.
DYP rəisi Cəmşid Hənifəyev özü də bildirib ki, yayılan xəbərin ona və ailəsinə heç bir adiyyəti yoxdur: “Birincisi, mənim oğum balacadır. Maşın sürmür. İkincisi isə bizim “Gelandewagen” markalı maşınımız yoxdur. Düşünurəm ki, yayılan bu informasiya yol polisinin fəaliyyətinə kölgə salmağa hesablanıb. Lakin bunun heç bir əsası yoxdur”.
09:07
Bir neçə gün öncə Bakıda ABŞ səfirliyinin avtomobili qəzaya uğrayıb.
AzNews.info Azadliq.info-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Azadlıq prospektində baş verib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, prospektlə hərəkət edən “Gelandewagen” markalı avtomobil ABŞ səfirliyinə məxsus GMC markalı avtomobilə çırpılıb. Qəza zamanı ABŞ səfirliyinin əməkdaşının yüngül xəsarət aldığı deyilir.
Missiya.az-ın xəbərinə görə isə qəzanı törədən “Gelandewagen” markalı avtomobil polis rəisinin oğluna məxsus olub. Nömrə nişanı 777 olan avtomobilin Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyevin oğlu İdris Hənifəyevə məxsus olduğu bildirilir.
Qəzaya səbəb sürət həddin aşılması və ara məsafəsinin qorunmaması olub.
Mənbə:> Report