Azərbaycana 500 avroluq saxta əsginazlar gətirildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Azərbaycana 500 avroluq saxta əsginazlar gətirildi

Azərbaycana 500 avroluq saxta əsginazlar gətirildi


Saxta pulları AR DİN Mütəşəkkil cinayətkarlıqla mübarizə İdarəsinin əmədaşları aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində müsadirə ediblər.

AzNews.info xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a AR DİN-dən bildiriblər.

Əməliyyatçılar saxta pulu dövriyyəyə buraxmaq istəyən cinayət qrupun izinə düşüblər. Hələlik 3 min avro müsadirə edilib - əsginazların hamısı 500 avro dəyərindədir. Azərbaycan Ədliyyə nazirliyinin Məhkəmə ekspertiza Mərkəzinin ekspertləri saxta pulları əsl puldan seçmək çox çətin olduğunu qeyd ediblər. Saxta əsginazların Azərbaycanda hazırlanmadığı görünür. Bununla yanaşı mərkəzin ekspertləri 500 avro dəyərində əsginazların artıq uzun müddətdir ki, avropalılar üçün baş ağrısına çevrildiyini də qeyd ediblər.

Avropa Mərkəzi Bankı (AMB) ən böyük nominala malik əsginazı dövriyyədən çıxarmaq qərarına gəlib. Beləliklə də AMB valyutanın saxtalaşdırılması problemini kökündən həll etmək istəyir. Beşyüzlüklərin cinayətkarlar tərəfindən terror da daxil olmaqla qanunsuz fəaliyyətlərinin maddi dəstək üçün fəal istifadə etmələri və saxtalaşdırmaları maliyyəçiləri ciddi şəkildə narahat edir.

Bu əsginazdan imtina səbəbinin maraq doğuran versiyasını, almaniyada yaşayan və adının çəkilməsini istəməyən həmvətənimiz irəli sürüb. Mənbənin sözlərinə görə, saxta pul çap edənlər – AMB bu əsginazı dövriyyədən çıxarmağa vadar edən əsas deyil, ikinci dərəcəli səbəbdir. Əsas səbəb, avropa Bankının düşdüyü maliyyə böhranıdır.

“Daha öncə bank hesabından gündə 10 min avro çıxarmaq mümkün idi. Daha sonra keşin həcmi 5 min, bir müddət sonra isə 2,5 minə qədər azaldı. Hazırda gün ərzində hesabdan min avrodan artıq pul çıxrmaq olar. Bu səbəbdən də avropalılar pulları evdə saxlamağa başlayıbar. Həm də çoxları pulu 500 avroluq ilə saxlamağa çalışır”, - mənbə bildirib.

Bu isə Almaniya banklarının əmanətçilərinin sayının 30 faiz azalmasına gətirib çıxarıb. Məşhur Almaniya bankı bu il 11 milyard avro zərər çəkib. 500 avroluq əsginazın avropalılar arasında ən sevimli banknot olması səbəbilə, cinayətkarların saxtalaşdırdığı əsginaz da məhz o olub...

Mənbə: Sputnik
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *