Cahangir Hacıyevin bacanağının şikayəti təmin edilməyib
“İntertobakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru İsmayıl Hidayətzadənin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Aznews.info APA-ya istinadən xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Hidayətzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan İ.Hidayətzadə apellyasiya şikayəti verərək azadlığa buraxılmasını istəyib.
O, 2015-ci ildə saxlanılıb və “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 100 milyon dollar kredit götürərək mənimsəməkdə təqsirləndirilib. İ.Hidayətzadə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyevin bacanağıdır.
Mənbə:> APA