“Günəşli” yatağında kran aşdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

“Günəşli” yatağında kran aşdı

“Günəşli” yatağında kran aşdı

Noyabrın 20-də saat 22:30 radələrində “Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülündə “SOCAR AQŞ” MMC tərəfindən istismar edilən HİDROAKTİF HİDROLİK VİNÇ İŞ MAKİNALARI İMALAT İHRACAT İTHALAT SAN.TİC.LTD. şirkətinin istehsalı olan, 2015-ci ildə quraşdırılmış 28 tonluq HAK-300 tipli kran “Neftqaz-63” gəmisindən boruları qəbul edən zaman kranın barbeti yuxarı flans-qaynaq (zavod istehsalı) hissəsindən qırılaraq gəmi yanalma meydançasına, daha sonra gəminin üzərinə aşıb, kranın qırılan hissəsi dənizə düşüb.

Bu barədə virtualaz.org-a SOCAR-dan məlumat verilib.

Hadisə nəticəsində “Abşeron” Qazma Şirkətinin (AQŞ) krançısı, 1991-ci il təvəllüdlü Məmmədov Elşən Səxavət oğlu baş nahiyəsindən xəsarət alaraq dünyasını dəyişib.

Dərhal müvafiq dövlət orqanlarına məlumat verilib, kran istehsalçısının nümayəndəsi dəvət olunub və birgə xüsusi komissiya yaradılıb. Komissiya tərəfindən özüldə hadisənin təfərrüatları araşdırılır.

Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *