Bakıda qadın sürücünün səhvi: Üç avtomobil toqquşdu » AzNews.info -Xəbər portalı

Bakıda qadın sürücünün səhvi: Üç avtomobil toqquşdu – VİDEO

Bakıda qadın sürücünün səhvi: Üç avtomobil toqquşdu


Bakıda 31 yaşlı qadın sürücünün yol hərəkəti qaydasını pozması üç avtomobilin toqquşması ilə nəticələnib.

Aznews.info Report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində, 4-cü mikrorayon dairəsi kimi tanınan ərazidə baş verib.

Belə ki, Əliyeva Günay Füzuli qızı idarə etdiyi “Hyunday” markalı avtomobillə yol nişanının “Yol verin” tələbini pozaraq dairədə hərəkəti davam etdirmək istəyib. Bu zaman dairədə hərəkətdə olan “Mercedes” markalı digər maşın “Hyundai” markalı minik avtomobilinə, o da “Nissan” markalı digər avtomaşına çırpılıb.

Nəticədə G.Əliyeva xəsarət alıb. O, “Təcili yardım maşını” ilə xəstəxanaya aparılıb.

“Mercedes” markalı avtomobil deformasiyaya uğrayıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. Hadisənin törədilməsinə səbəb kimi qadın sürücünün yol hərəkəti qaydasını pozması göstərilib.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *