Meydana atılmış fişəng “Bavariya”nın hücumçusunu zədələdi – VİDEO
Münhenin “Bavariya” komandasının polşalı hücumçusu Robert Levandovski meydana atılmış fişəngə görə zədələnib.
Hadisə DÇ-2018-in seşmə turunda Polşa və Rumıniya yığmaları arasında keçirilən oyunda baş verib.
Oxu.Az xəbər verir ki, hadisə oyunun 54-cü dəqiqəsində, hesabın 1:0 polyakların xeyrinə olduğu zaman baş verib. Oyun dayandırılıb, forvarda yardım edilib.
Daha sonra Levandovski görüşü davam etdirib və dublun müəllifi olub. Matç 3:0 hesabı ilə polyakların xeyrinə başa çatıb. Dörd turdan sonra Polşa yığması 10 xal ilə E qrupunda liderlik edir. Rumınlar beş xal ilə dördüncüdürlər.
Matçdan öncə polşalı azarkeşlər Buxarest küçələrində dava salıblar.
Mənbə:> Oxu.az