Bakıda qoca kişinin oğurluğu kameraya düşdü » AzNews.info -Xəbər portalı

Bakıda qoca kişinin oğurluğu kameraya düşdü – VİDEO

Bakıda qoca kişinin oğurluğu kameraya düşdü


Bakının mərkəzində yerləşən kitab mağazasından oğurluq edilib.

Oxu.Az criminal.az-a istinadən bildirir ki, metronun “28 May” stansiyasının yaxınlığında, Süleyman Rəhimov küçəsi 190 ünvanındakı kitab mağazasında edilmiş oğurluq hadisəsi kameraya düşüb.

Qoca kişi mağazaya daxil olur və heç kimin olmadığını düşünərək kassadan pulları götürərək cibinə qoyur, sonra isə oranı tərk edir.

Hadisə bu gün səhər saatlarında olduğundan kassada az pul olub.

Hadisə şahidləri həmin şəxsi tanıyır və bir neçə mağazadan müxtəlif oğurluqlar etdiyini deyirlər.

Xatırladaq ki, həmin ərazidə yerləşən marketdən də bir neçə dəfə oğurluq edilib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *