Bakıda oğurluq anı kameraya düşdü » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Video

Bakıda oğurluq anı kameraya düşdü – VİDEO

Bakıda oğurluq anı kameraya düşdü


Bakıda özünü xarici ölkə vətəndaşı kimi təqdim edən şəxs cinayət törədib.

AzNews.info-nun xəzər xəbər-ə istinadən məlumatına görə, o, pul xırdalamaq məqsədi ilə girdiyi turizm şirkətindən 1500 avro oğurlayıb. Özü də şirkətin işçisinin gözləri önündə.

Bakıda turizm şirkəti qarət edilib. Hadisə Yasamal rayonu Cəfər Cabbarlı küçəsində turizm agentliklərindən birində baş verib. Cinayət anı müşahidə kamerasına düşüb. Ofisə daxil olan şəxs əvvəlcə ətrafa göz gəzdirir. Müşahidə kamerasını görən kimi dərhal üzünü gizlədir. O, turizm şirkətinin işçisi Səbinə Salmanovaya əcnəbi olduğunu deyib kömək istəyir. O, 100 manatlıq əskinası xanım işçidən 1 manatlıq kimi xırdalamasını xahiş edir. Elə hər şeydə bu zaman olur.

Həmin şəxs pulu o qədər ustalıqla oğurlayır ki, müşahidə kamerasına belə birinci dəfə baxanda anlamaq olmur. İkinci dəfə diqqətlə baxdıqda bilmək olur ki, 1500 avronu necə portmanatının altına salaraq oğurlayır. Zərərçəkmiş Ramil Rzayev ərazi üzrə 27-ci polis bölməsinə məlumat verib. İndi polis görüntülər asasında özünü xarici ölkə vətəndaşı kimi təqdim edib cinayət törədən şəxsin axtarışlarını aparır.


Mənbə: Xəzərxəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *