İnternetə görə ödənişlər öncədən alınacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

İnternetə görə ödənişlər öncədən alınacaq

İnternetə görə ödənişlər öncədən alınacaq


Son 2 gündə “Bakinternet”in bəzi abunəçilərinin internet təchizatında problem yaranıb. Onlar son günlərdə internetin kəsilməsindən şikayətlənib.

Aznews.info-un xəbər verir ki, APA-nın sorğusuna cavab olaraq Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktorunun müşaviri Ramil Muxtarzadə bəzi abunəçilərin üzləşdiyi problemin səbəblərinə aydınlıq gətirib.

O bildirib ki, internetin verilişində yaranan problem BTRİB-in öncədən ödəmə sisteminə keçməsi ilə bağlıdır.

R.Muxtarzadənin sözlərinə görə, indiyə kimi əhalidən internet xidmətinə görə ödəniş əvvəlcədən tələb edilmirdi və bu da əsasən, yay mövsümündən sonra əhalinin həddindən artıq borclanmasına səbəb olurdu.

“Düzdür, abunə müqaviləsində qeyd olunub ki, əgər xidmət dayandırılırsa, bununla bağlı provayderə abunəçi tərəfindən yazılı məlumat verməlidir. Beləliklə də, abunəçi istifadə etmədiyi dövrdə provayder tərəfindən xidmətin verilməsi dayandırılmalıdır. Amma bir sıra hallarda abunəçi yazılı müraciət etmədiyi üçün xidmətin verilişi davam edirdi.

Məzuniyyət mövsümü bitdikdən sonra vətəndaş evinə qayıtdıqda artıq 50-60 manat borclandığı xəbərini alırdı, bu da onun narazılıqlara səbəb olurdu”, - deyə R.Muxtarzadə qeyd edib.

BTRİB müşaviri əlavə edib ki, bu hal onlar üçün də çətin qaytarılan debütor borcların yaranmasına gətirib çıxarırdı:

“Bütün bu müzakirələrdən sonra və dünya praktikasına nəzər salaraq biz internet və multimediya xidmətləri üçün öncədən ödəmə sisteminə keçməyi qərar verdik. Bununla bağlı media vasitəsilə, SMS bildirişlər yolu ilə, eyni zamanda avtomatik anonslar vasitəsilə əhali məlumatlandırılıb.

Beləliklə, 1 sentyabrdan öncədən ödəmə sisteminə keçid olub, 6 sentyabrdan xidmətin verilişi BTRİB tərəfindən dayandırılmalı idi, lakin biz daxildə müzakirələr apardıq. Bu tarixin yay mövsümündən dərhal sonraya düşməsini, vətəndaşların bir çoxunun məzuniyyətdə olmasını nəzərə alaraq xidmətin dayandırılmasının tətbiqini 2 ay ləngitdik.

Sentyabr-oktyabr ayları ərzində 450 min abunəçiyə SMS bildirişlər göndərilib, bütün borclu abunəçilərə avtomatik anonslar edilib. Artıq noyabrın 7-dən öncədən ödəmənin tətbiqinə başlanılıb”.

R.Muxtarzadə vurğulayıb ki, ölkədə fəaliyyət göstərən provayder-operatorlarda gözləmə müddəti yoxdur.

“Amma bizdə 5 gün vaxt verilir. Həmin müddətdə avtomatik anonslar, SMS bildirişlər göndərilir və həmçinin həmin 5 gün ərzində ödəniş etməyən abunəçilərə xidmət verilişi davam edir. Lakin 5 gün sonra xidmət verilişi dayandırlır”, - deyə R.Muxtarzadə qeyd edib.

R.Muxtarzadə həmçinin bildirib ki, hər cari ayın 5-nə kimi həmin ayın xidmət haqqının ödənişi olmalıdır: “Biz hal-hazırda bir çox ödəniş qaydaları təqdim edirik. BTRİB-in telefon qovşaqlarında, “Azərpoçt”un bütün şöbələrində, 37 bank, onlayn ödəmə sistemləri, eyni zamanda ödəniş etmə imkanı var. Vətəndaş istər şənbə, bazar, istərsə də bayram günlərində ödəniş etməsində heç bir maneə yoxdur”.

BTRİB müşaviri əlavə edib ki, hal-hazırda hansısa abunəçinin internetinin olmamasının səbəbi infrastruktur ilə bağlı deyil: “Bu, yalnız laqeydlik göstərib, ödəniş etməyən abunəçilərin xəttində yaranan problemdir”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *