“Bakı Oskarı” Festivalının qalibləri bəlli oldu
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc rejissorlar arasında “Bakı Oskarı” adlı qısametrajlı film festivalının final mərhələsi baş tutdu. Bu il ümumilikdə 60 film təqdim olunmuşdu. Onlardan 50-si qaydalara uyğun olaraq festivalda rəsmi iştirak hüququ qazanmışdı.
Finala çıxan 10 film:
1). N46.Cavad Nur - To be not To be
2). N43.Ayla Qasımzadə - Amerika yoxdur
3). N38.Manafov Dilavər - Metal axtaran
4). N30.Dr.Nicat Zeynallı - Object77
5). N20.Günel Qafarova - Kiçik bir toxunuş
6). N17.Ümid Babayev - Müqəssir
7). N2.MaSər Həsənov - Everest - İlk addım
8). N24.Kərim Rəhimov - Hədəf
9). N19.Firdovsi A.Nəbiyev - Lent" filmi
10). N16.Ruslan Kərimov - Qurban filmi
Münsiflər heyətinin dəyərləndirməsinə uyğun olaraq Dilavər Manafovun "Metal Axtaran" filmi I Yer, Cavad Nurun " To be not To be" filmi II Yer , Ümid Babayevin “Müqəssir” filmi isə III Yerə layiq görüldü.
Nominasiyalar üzrə təltif edildilər:
Ən yaxşı bəstəkar: Röya Hüseynova "To be not To be " Filmi
Ən yaxşı Ssenari: Cavad Nur "To be not To be" filmi
Ən yaxşı aktyor: Vasif Vaqifoğlu "Amerika Yoxdur" filmi
Ən yaxşı aktrisa: Fərəh Həyatova “Kiçik bir toxunuş” filmi
Ən yaxşı rejissor işi: "Dilavər Manafov "Metal Axtaran" filmi
Ən yaxşı sənədli film: Masər Həsənov – “Everest ilk addım” filmi
Münsiflər heyyəti:
Rejissor Samir Kerimoğlu
Rejissor ve aktyor Qurban Məsimov
Aktyor Faiq Mirzeyev
Rejissor, SSR Xalq artisti Vasif Babayev
Xüsusi qonaqlar:
Bəhram Bağırzadə
Cabir Imanov
Vasif Babayev
Mənbə:> AzNews.info