Bakıda “Beşmərtəbə”dəki yol dairəsi ləğv olunur – VİDEO
Yaxın günlərdə Füzuli meydanında (“Beşmərtəbə” yaxınlığında) avtomobil dairəsinin ləğv edilməsi üzrə iş başlanacaq.
Oxu.Az xəbər verir ki, bu barədə 1news-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, bu dəyişikliklər keçmiş “Sovetski” ərazisinin yenidən qurulması çərçivəsində həyata keçirilir.
“Füzuli meydanında park salınacaq, nəqliyyatın hərəkət sxemi isə dəyişdiriləcək. Belə ki, Füzuli meydanında dairə ləğv ediləcək, Füzuli küçəsinə geri istiqamətdə avtomobillərin hərəkəti üçün Heydər Əlieyv Sarayı yanından dönmək üçün yol olacaq”, - A.Nəcəfli vurğulayıb.
Onun sözlərinə görə, dairənin ləğv edilməsi Füzuli meydanında tıxacları aradan qaldıracaq, avtomobillərin hərəkətini daha rahat, təhlükəsiz edəcək.
Azərbaycan prospektində hərəkət sxemində planlaşdırılmış dəyişikliklər barədə daha ətraflı aşağıdakı videonun 20-ci saniyəsindən tanış olmaq mümkündür.
Mənbə:> Oxu.Az