Bakıda evlərdən hər gün meyitlər çıxır, səbəb açıqlanmır
Bakıda müxtəlif mənzillərdə üzərində zorakılıq əlamətləri olmayan 3 kişi meyiti tapılıb. İki hadisə Nəsimi rayonu, biri isə Xəzər rayonu ərazisində qeydə alınıb.
Belə ki, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 10, mənzil 52-də yaşayan 1950-ci il təvəllüdlü Fəxrəddin Bayramovun yaşadığı evdə üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar olunub. Digər fakt isə rayonun 28 may küçəsi, ev 52, mənzil 13-də qeydə alınıb. Həmin mənzildə 1964-cü il təvəllüdlü Vüqar Cəfərovun meyiti aşkarlanıb.
Xəzər rayonu, Buzovna qəsəbəsi, Yeni Yaşayış sahəsində yolun kənarında təxminən 50-60 yaşlarında (hələlik kimliyi məlum olmayan) kişi meyitinə rast gəlinib.
Meyitlər aidiyyəti üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Hər üç faktla bağlı Nəsimi və Xəzər rayon prokurorluqlarında araşdırma aparılır.
Mənbə:> Report