Azərbaycanlı lotoreya qalibi: Bir milyon dollara restoran açacağam » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanlı lotoreya qalibi: Bir milyon dollara restoran açacağam

Azərbaycanlı lotoreya qalibi: Bir milyon dollara restoran açacağam


ABŞ-da yaşayan azərbaycanlı Pərviz Quluzadə lotoreyada udduğu 1 milyon dollara restoran açacaq.

Aznews.info “AzNews.az”-a istinadən xəbər verir ki, bu barədə onun özü məlumat verib.

Quluzadə bildirib ki, üzərində hazırlıq gedən restoran şərqsayağı üslubda olacaq: “Burada bir Azərbaycan restoranı açacam. Bu məsələdə qərarlıyam. Hazırda bununla bağlı işlər gedir. Restoranın hələ eskizləri hazır deyil. İşlər yekunlaşandan sonra bu barədə əlavə məlumat veriləcək”.

P.Quluzadə üzərində işlər gedən restoranın milli atributlarla bəzənəcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-da yaşayan Azərbaycanlı Pərviz Quluzadə 2016-cı ilin yanvarında lotoreyada 1 milyon dollar udub. Bu məbləği ona “cek-pot” qazandırıb.

Mənbə: Aznews.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *