Tanışlıq mesajlarına aldanmayın – TƏHLÜKƏ
“65-25”-dən tanışlıq məzmunlu mesajlar bir çoxlarının telefonuna gəlir. Bu mesajların mobil operatorlara aidiyyəti olmasa da, müəyyən insanlar operatorlardan qısa mesaj nömrələri satın alaraq anonim tanışlıq xidməti göstərirlər.
Özü də iz itirmək üçün tez-tez nömrə dəyişdirirlər. Məsələn, bir müddət əvvəl belə mesajlar “96-00”-dan gəlirdisə, indi “65-25” nömrəsindən gəlməyə başlayıb.
Mütəxəssislərə görə, onların bu işdə müxtəlif maraqları ola bilər:
“Balansdan pul oğurlamaq və ya şirnikləşdirici təkliflərlə insanların inamından sui-istifadə etmək. Bununla belə, ailələrin qeyri-sağlam münasibətlər əsasında qurulmasında, qızların qoşulub qaçmalarında və hətta boşanmalarda bu səpkili mesajların böyük rolu var”.
Anonim tanışlıq məqsədli mesajlar təsadüfi abunəçilərə göndərildiyindən uşaqlar və yeniyetmələr də bu tora düşə bilərlər. Bunu sübuta yetirmək üçün deyilən nömrəyə zəng etdik.
Telefonda özünü 27 yaşlı şəxs kimi təqdim edən oğlanın 16 yaşlı bir qızla tanış olmaq istəyi və hətta dərhal görüş təklif etməsi bir yana, onun psixoloji problemli biri olub-olmadığı da sual altındadır.
Elə görüşə gedən qızın sonrakı taleyi kim. Mütəxəssislər bu mesajların ağır sosial fəsadları ilə bağlı xəbərdarlıq edirlər.
AzNews.info “Xezerxeber”-ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir:
Mənbə:> XəzərXəbər