Bezdirici SMS-lərdən necə xilas olaq? – VİDEO
Səhvən hansısa düyməni basdıqda isə bu nəyinki insanların əsəblərinə, həm də cibinə öz təsirini göstərir. Bezdirici mesajlar hətta Milli Məclis səviyyəsində belə müzakirə olunub. Bəs görəsən bu tip mesajlardan xilas olmağın yolu nədir?
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov bildirir ki, vətəndaşlar mobil operatorlarla müqavilə imzalayarkən daha diqqətli olmalıdırlar. Çünki, həmin müqavilədə mobil operatorlar reklam xarakterli SMS-lərin göndərilməsi ilə bağlı məlumatları qeyd edirlər.
Ekspertlər isə bildirirlər ki, belə mesajlar xüsusi şirkətlər vasitəsi ilə göndərilir. Yəni, həmin şirkətlər mobil operatorlarla müqavilə imzalayaraq fəaliyyət göstərirlər. SMS-lərdən gələn gəlir isə bərabər bölünür.
Müqavilədə reklam xarakterli mesajların göndərilməsi ilə bağlı bənd yoxdursa və mesajlar göndərilirsə vətəndaş haqqlarını hüquqi müstəvidə təmin edə bilər. Diqqət çəkən bir məqam da göndərilən mesajlarda istifadəçinin yaşı kimi məsələlərin nəzərə alınmamasıdır.
AzNews.info mövzu ilə bağlı “Xəzər Xəbər”in hazırladığı videomaterialı təqdim edir:
Mənbə:> XəzərXəbər