Azərbaycan qlobal pasport reytinqində yerini qoruyub
Ümumdünya İqtisadi Forumu (World Economic Forum, WEF) 2016-cı il üzrə qlobal pasport reytinqini (Global Passport Power Rank 2016) açıqlayıb.
Aznews.info APA-ya istinadən xəbər verir ki, “ən güclü xarici pasportlar” ın sahibi olan ölkələrin siyahısı vizasız gəliş-gediş rejimi əsasında tərtib olunub.
Reytinqin lideri Almaniya və İsveçdir. Bu ölkənin vətəndaşları 158 ölkəyə viza almadan daxil ola bilərlər. Ötən il birinci və ikinci yerləri ABŞ və Böyük Britaniya bölüb. Builki reytinqdə ABŞ dördüncü yerdədir.
Böyük Britaniya, Fransa, İspaniya, İsveçrə və Finlandiya ikinci yerdə qərarlaşıblar. Adıçəkilən ölkənin vətəndaşları 157 ölkəyə vizasız gedə bilərlər.
Azərbaycan reytinqdə 64-dür. Respublikamızın vətəndaşları 62 ölkəyə vizasız daxil ola bilərlər. Yeri gəlmişkən, reytinqdə Azərbaycanla eyni yeri Tanzaniya və Filippin bölüşür.
Qeyd edək ki, Azərbaycan ötən il də reytinqdə 64-cü yerdə olub.
Mənbə:> APA