Sürücülərin cərimələnməsinə yeni səbəb: Yolda səhv nişanlanma » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sürücülərin cərimələnməsinə yeni səbəb: Yolda səhv nişanlanma – VİDEO

Sürücülərin cərimələnməsinə yeni səbəb: Yolda səhv nişanlanma

Paytaxt sakini Vaqif Bənnayev 28 May küçəsində sağ zolaqla hərəkət edib. Yalnız işıqforun yanında, asfaltın üzərində sağadönmə nişanı olduğunu görüb. Başqa zolağa keçə bilmədiyi üçün də düzünə hərəkət edib və 40 manat məbləğində cərimələnib.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Vaqif Bənnayev protokolun əsassız olduğunu iddia edir.

Bu səbəbdən də Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov də bildirir ki, həmin hissədə nişanlanma düzgün həyata keçirilməyib.

Ekspert deyir ki, asfalt örtüyünə çəkilən nişandan əlavə, bütün sürücülərin görə biləcəyi yerə də zolaqların istiqamətini bildirən nişan qoyulmalıdır. Həmin ərazidə də yol hərəkətinin təşkilində qüsur olduğu üçün tərtib olunan protokol əsassızdır.

Bu məsələ ilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edən Vaqif Bənnayevə bildirilib ki, iradında haqlıdır və ona əlavə cavab veriləcək.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *