Sabah Bakıda 11 dərəcə isti olacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sabah Bakıda 11 dərəcə isti olacaq

Sabah Bakıda 11 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 5-7° isti, gündüz 9-12° isti olacağı gözlənilir. Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *