Sabah 15-20 dərəcə isti olacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sabah 15-20 dərəcə isti olacaq

Sabah 15-20 dərəcə isti olacaq


Həftənin şənbə günü hava şəraitinin Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, sabah paytaxt və yarımadada gündüz mülayim cənub küləyinin arabir güclənəcəyi ehtimalı var.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 15-19, Bakıda gecə 8-10, gündüz 17-19 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq rayonlarında isə qisamüddətli yağış yağacağı gözlənilir.

Cənub-qərb küləyi əsəcək, gündüz saatlarında bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *