Azərbaycan polisinə yeni səlahiyyət verildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycan polisinə yeni səlahiyyət verildi – FƏRMAN

Azərbaycan polisinə yeni səlahiyyət verildi

Azərbaycanda daxili işlər (polis) orqanlarına qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi ilə əlaqədar cinayət işləri üzrə ibtidai istintaq aparmaq səlahiyyəti verilib.
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanda əksini tapıb.

İndiyə qədər qanunsuz lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi ilə əlaqədar cinayət işləri üzrə ibtidai istintaqı yalnız Vergilər Nazirliyi aparıb. Dəyişikliyə əsasən bundan sonra qanunsuz lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi ilə əlaqədar cinayət işləri üzrə ibtidai istintaqı Vergilər Nazirliyi və ya daxili işlər orqanları aparacaq.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *