Azərbaycanlı gənc “O səs Türkiyə”ni heyran etdi – VİDEO
AzNews.info Axşam.az-a istinadən xəbər verir ki, Zülfü Əsədzadə musiqisi Cahangir Cahangirov, sözləri Zeynal Cabbarzadəyə aid olan “Ay qız” mahnısını səsləndirib.
O ifası ilə münsiflərin dördünü də özünə tərəf döndərib.
Z.Əsədzadə qeyd edib ki, o, Azərbaycanda əməkdar artist Aybəniz Haşımovanın “Bülbüllər” qrupunun solistidir.
Həmyerlimiz sonda Gökhan və Hakan qardaşlarını seçib.
Qeyd edək ki, TV8-də Acun İlıcalının aparıcılığı ilə təqdim olunan proqramın münsiflər kürsüsündə Sibel Can, Murad Boz, Hadisə, Gökhan və Hakan Özoğuz qardaşları oturub.
Mənbə:> Axşam.az