Bakı metrosunda oğurluq: İki qız idilər... » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Bakı metrosunda oğurluq: İki qız idilər... – VİDEO

Bakı metrosunda oğurluq: İki qız idilər...


Bakı metrosunda oğurluq hadisəsi baş verib.

Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, metronun “28 May” stansiyası ərazisində Şəmkir rayon sakini Nigar Hacıyeva çantasından mobil telefon oğurlanması barəsində polisə şikayət ərizəsi ilə müraciət edib.

Hüquq-mühafizə orqanı əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İmişli sakini əvvəllər qətl hadisəsinə görə məhkum olunmuş Seymur Ağayev saxlanılıb. İstintaq zamanı Seymurun “Gənclik” stansiyasında Bakı sakini Fəridə Cəfərlinin çantasından pul kisəsini oğurladığı da məlum olub.

S.Ağayev istintaqa ifadəsində metroya “Sahil” stansiyasından daxil olduğunu bildirib.

“İki qız idilər, birinin pul kisəsini, birinin də telefonunu oğurladım. Bir vətəndaşla mübahisə də etdik və polis əməkdaşları gəlib məni apardı”, - o deyib.

Faktlarla bağlı cinayət işi başlanıb.


Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *