Peşə təhsili müəssisələrində yenilik » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Peşə təhsili müəssisələrində yenilik

Peşə təhsili müəssisələrində yenilik


“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, Nazirlər Kabineti tərəfindən Bakı və Gəncə şəhərləri üzrə ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı qərar qəbul edilib”.

Oxu.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Təhsil Nazirliyində ilk peşə-ixtisas təhsili müəssisələri ilə bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, bunun nəticəsində 32 peşə təhsili müəssisəsi rasionallaşdırılaraq 13 peşə-ixtisas mərkəzi yaradılıb.

Tədbirdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev bildirib ki, rasionallaşdırma nəticəsində bir sıra strateji istiqamətdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur:

“Ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı şaxələnmiş iqtisadiyyatın tələblərinə uyğun müxtəlif peşə istiqamətləri üzrə ixtisaslaşmış dövlət peşə təhsil mərkəzləri yaradılacaq və həmin mərkəzlərdə müasir tələblərə uyğun idarəetmə tətbiq ediləcək. Yeni peşə təhsil mərkəzlərinin fəaliyyəti dövlət-biznes tərəfdaşlığı prinsiplərinə əsaslanaraq əmək bazarının dəyişən tələblərinə uyğun işəgötürənlərlə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçiriləcək”.

Bu təhsil mərkəzlərinə təhsil almaq istəyənlərin asan qəbulu (“ASAN peşə” layihəsi) təmin olunacaq və uğurlu nəticələr əldə etmiş məzunların təhsilin varisliyi prinsipinə uyğun olaraq digər təhsil pillələrinə asan keçidi mexanizmi işlənəcək.

F.Mustafayev qeyd edib ki, peşə təhsili sahəsində beynəlxalq təşkilatlarla (BMT, Avropa İttifaqı (Aİ), Avropa Təlim Fondu (ETF), “British Council”, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Koreya İqtisadi Əməkdaşlıq Fondu, Asiya İnkişaf Bankı və s.) birgə mövcud olan qabaqcıl təcrübə öyrənilərək peşə təhsil mərkəzlərinin idarə edilməsi və ixtisaslı kadr hazırlığı prosesinin təşkilində istifadə olunacaq.

O bildirib ki, peşə təhsil mərkəzlərində iş tapa bilmədiyi üçün peşəsini dəyişmək istəyən yaşlı insanların da təhsil alması təmin olunacaq:

“Peşə təhsil mərkəzlərində əmək bazarının və cəmiyyətin tələblərinə uyğun ömür boyu təhsilin təmin edilməsi üçün yaşlıların təhsili, ixtisasartırma, yenidən hazırlanma kimi təhsil xidmətləri göstərilməklə təhsilin hamı üçün əlçatanlığı təmin ediləcək”.

Famil Mustafayev bildirib ki, peşə təhsili müəssisələrində təhsil almaq istəyən yaşlı insanlar üçün axşam növbələri yaradılacaq:

“Yaşlı insanlar da heç bir imtahan vermədən mərkəzlərdə oxuya biləcək. İşini itirən yaşlı insanlar üçün axşam növbəsində kurslar təşkil olunacaq. Həmin insanlar da dövlət hesabına təhsil ala biləcəklər. Bakı şəhəri üzrə 26 peşə təhsil müəssisəsi birləşdirilərək 1 təhsli mərkəzi, Gəncədə isə 6 peşə məktəbi birləşdirilərək 2 təhsil mərkəzi yaradılıb”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *