Bakıda keçmiş DYP rəisinin avtomobili yağışa tab gətirmədi – FOTO
İki gündür aramsız yağan yağış Bakıda bir sıra problemlərə səbəb olub.
Aznews.info Avtosfer.az-a istinadən xəbər verir ki, çətin hava şəraitində ən ağır yük yol polislərinin üzərinə düşüb.
DYP əməkdaşları şəhər nəqliyyatında yaranan sıxlığı aradan qaldırmaq üçün yağış altında xidmət aparmalı olublar. Bu arada yüksək rütbəli polis məmurları da çətin vəziyyətə düşüb.
Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general Həsən Şirinovun (keçmiş BDYP rəisi - red.) 10 AA 103 dövlət nömrə nişanlı avtomobilində nasazlıq yaranıb. Bu səbəbdən də maşını servisə aparmaq üçün evakuatora qaldırılıb.
Mənbə:> Avtosfer.az