Cahangir Hacıyevin evi polis mühasirəsinə alındı – VİDEO
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevə və qohumlarına məxsus mülklər polis mühasirəsinə alındı.
Oxu.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bankirin 15 il azadlıqdan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunduqdan dərhal sonra onun özünə və yaxınlarına məxsus evlərə polis qüvvələri göndərilib.
Onun metronun “İçərişəhər” stansiyasının yaxınlığında yerləşən mənzili, həmçinin bacısına məxsus Mərdəkandakı bağ evi, eləcə də anasından miras qalan evi polis qüvvələri mühasirəyə alıb.
Həmin görüntüləri təqdim edirik:
Mənbə:> Oxu.az