Cahangir Hacıyevin evi polis mühasirəsinə alındı – VİDEO
Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevə və qohumlarına məxsus mülklər polis mühasirəsinə alındı.
Qafqazinfo xəbər verir ki, bankirin 15 il azadlıqdan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunduqdan dərhal sonra onun özünə və yaxınlarına məxsus evlərə polis qüvvələri göndərilib.
Onun metronun “İçərişəhər” stansiyasının yaxınlığında yerləşən mənzili, həmçinin bacısına məxsus Mərdəkandakı bağ evi, eləcə də anasından miras qalan evi polis qüvvələri mühasirəyə alıb.
Həmin görüntüləri təqdim edirik:
Mənbə:> Qaynarinfo.az