Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının tamaşası keçiriləcəkdir
AzNews.info xəbər verir ki, Oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq Artisti Fidan Hacıyevanın iştirakı ilə Jorj Bizenin "Karmen" operasının tamaşası keçiriləcəkdir. Fidan Hacıyeva artıq 20 ildir ki, Opera və Balet Teatrının solistidir. Bu teatrın səhnəsində bir çox tamaşalarda əsas partiyalarda (Gülçöhrə, Asya ("Arşın mal alan" ), Gülüş ("Sevil"), Azuçena ("Trubadur"), Amneris ("Aida), Rozina ("Sevilya bərbəri") və s. Lakin "Karmen" operasının eyni adlı qəhrəmanının F.Hacıyevanın yaradıcılığında xüsusi yeri vardır. Təsadüfi deyildir ki, çox zaman onu "səhnəmizin Karmeni" adlandırırlar.
Operada digər əsas partiyaları Əməkdar artistlər Fərid Əliyev (Xoze), Cahangir Qurbanov (Eskamilyo, ilk dəfə), İnarə Babayeva (Mikaela) və b. ifa edəcəklər.
Tamaşanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərovdur.
Mənbə:> AzNews.info