Erməni qızla avtoşluq edən məmur oğlu küçə süpürəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya, Avto, Foto

Erməni qızla avtoşluq edən məmur oğlu küçə süpürəcək – FOTO

Erməni qızla avtoşluq edən məmur oğlu küçə süpürəcək


Moskva şəhər Qaqarin rayon məhkəməsində xarici markalı avtomobillə avtoxuliqanlıq edən şəxslərlə bağlı hökm oxunub. A24.Az xəbər verir ki, “Lukoyl” şirkətinin vitse-prezidentinin oğlu Ruslan Şamsuarova və Uskov adlı digər şəxsə 300 saatlıq icbari iş kəsilib.

Avtomobili idarə edən Abduvahab Məcidov adlı digər şəxsin üzərindən isə bütün ittihamlar götürülüb. Şirkətinin vitse-prezidentinin oğluna məxsus “Mercedes-Benz Gelandewagen” avtomobili isə həbsdən azad edilərək dövlət büdcəsinə təhvil verilib. Daha əvvəl dövlət ittihamçısı hadisə iştirakçılarının hər birinə 2 il 7 ay azadlıqdan məhrum edilmə cəzası istəmişdi.

Xatırladaq ki, bu il mayın 22-də Yol-patrul xidməti əməkdaşları yol hərəkəti qaydalarını pozan “Mercedes-Benz Gelandewagen” markalı avtomobili saxlamağa çalışıblar. Sürücü yüksək sürətlə hərəkət edərək, piyada üçün nəzərdə tutulmuş ərazidən keçib və bütün bunları “Periscope”la birbaşa yayımlayıb. Onlar birbaşa yayımda polis əməkdaşlarının ünvanına təhqiramiz ifadələr də işlədiblər.

Qeyd edək ki, Azat Şamsuvarov 22 yaşlı erməni Mara Baqdasaryanla Moskva küçələrində avtoşluq etməklə də məşhurlaşıb.

Erməni qızla avtoşluq edən məmur oğlu küçə süpürəcək

Mənbə: A24.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *