Azərbaycan sərhədi yaxınlığında iki terrorçu öldürüldü
Dərbənddə keçirilən xüsusi əməliyyat zamanı 2 silahlı məhv edilib.
APA-nın xəbərində görə, bu barədə Dağıstan DİN-indəki mənbə məlumat verib. “Dərbənd şəhərində bir qrup silahlı mühasirəyə alınıb. Təslim olmaq çağırışına onlar atəşlə cavab veriblər. Cavab atəşi ilə 2 silahlı məhv edilib.”, deyə mənbə qeyd edib.
Əməliyyatın oktyabrın 17-i, səhər saatlarında davam edəcəyi bildirilir.
* * *21:59
Dağıstanın Dərbənd şəhərində antiterror əməliyyatı rejimi tətbiq edilib.
Bu barədə RİA Novosti-yə Dağıstan üzrə Əməliyyat Qərargahından bildirilib.
“Əməliyyat Qərargahının rəhbərinin qərarı ilə saat 20.00-dan (Bakı vaxtı ilə 21.00-da) etibarən Dağıstanın Dərbənd şəhərində antiterror əməliyyat rejimi tətbiq edilib”, - deyə məlumatda bildirilir.
Əməliyyat çərçivəsində silahlılar və onların tərəfdarlarının axtarışı həyata keçirilir.
Mənbə:> APA