Aybəniz Haşımova əməliyyat olundu
.Əməkdar artist Aybəniz Haşımova əməliyyat olunub
Oxu.Az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə məlumat yayıb.
“Bu çətin ömür imtahanımda mənə dua edən hər kəsə təşəkkür edirəm. Məni bu gün sizlərə bəxş edən Allahıma və həkimlərimə “sağ ol” deyirəm. Özümü çox yaxşı hiss edirəm, hətta axşam heç kimdən kömək istəmədən ayağa qalxıb yerimişəm. İnşallah, bir neçə günə ağrılarımı tam unudaram. Əməliyyata qaldırılanda son sözüm bu oldu: mən sizi çox sevirəm, əziz xalqım”, - deyə A.Haşımova yazıb.
Mənbə:> Oxu.Az