“Space TV”də əməkdar artistə qadağa qoyuldu
“Qeyri-peşəkar işçisi mənə dedi ki...”.
“Space TV” əməkdar artist Abbas Bağırova qadağa qoyub.
Oxu.Az xəbər verir ki, bu barədə müğənninin özü sosial şəbəkədə məlumat yayıb.
“Bu gün saat 09:30-da canlı yayımda olmalı idim. Düz 5 dəqiqə gecikdim. “Space TV”nin qeyri-peşəkar işçisi mənə dedi ki, siz gecikmisiniz, mənə tapşırılıb və sizi verilişə buraxmıram.
Bunu mənə “Space TV”nin qapısı qarşısında dayanan şəxs dedi. Lap yaxşı, bundan sonra mən “Space TV”yə çıxmayacam. Bu, mənim qərarımdır. Onu da deyim ki, mən bu günə kimi heç bir televiziya verilişinə gecikməmişəm”, - deyə müğənni bildirib.
Mənbə:> Oxu.az